NBA-də draftın lotereyası keçirilib.
Offsideplus.az xəbər verir ki, beləliklə ilk yeri Dallas Mavericks qazanıb. 2-ci yerdən isə San Antonio Spurs seçim edəcək. Philadelphia 76ers də 3-cü yeri götürüb.
Texas təmsilçisi tarixində ilk dəfə 1-ci yerdən seçmək hüququ qazanıb.
Draftın 1 nömrəsinin isə Duke universitetindən 18 yaşlı Cooper Flagg'in olacağı gözlənilir.
Builki NBA draftı 25-26 iyun tarixlərində keçiriləcək.



