12 yaşadək oğlan basketbolçular arasında keçirilən Azərbaycan çempionatında 5-ci turun oyunları yekunlaşıb.
Offsideplus.az Azərbaycan Basketbol Federsiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış hərəsində 6 komanda olmaqla iki qrupda keçirilir.
A qrupuna "Neftçi" liderlik edir. Eyni xala malik "Naxçıvan" və NTD 2-3-cü yerləri bölüşdürürlər. Sonrakı pillələri "Abşeron", "Sabah" və "Sərhədçi" tutur.
B qrupunda isə "Sumqayıt"ın uşaq basketbolçuları parlaq oyun nümayiş etdirirlər. "Gənclik şəhəri"nin təmsilçiləri maksimum nəticə ilə vahid liderdir. 9 xal toplayan "Gəncə" ikinici sırada qərarlaşıb. "Quba" 3-cü (8 xal), hesabında 6 xal olan "Ordu", "Şəki" və "Lənkəran" isə müvafiq olaraq, 4, 5 və 6-cı yeri tuturlar.
U-12 müntəzəm çempionatında A və B qruplarını ilk iki sırada bitirənlər birbaşa pley-offa vəsiqə qazanacaqlar. Digər kollektivlər isə pley-in mərhələsində mübarizə aparacaqlar.



