NBA-də "Denver Naqqets"in mərkəz oyunçusu Nikola Yokiç ona qarşı ən yaxşı müdafiə olunan oyunçular barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, serbiyalı ulduz bu barədə belə danışıb:

"Əslində, hamı. Bəzi komandalar bunu komanda səviyyəsində əla yerinə yetirir. Digərlərində isə fərdi müdafiəçilər çox güclüdür. İvitsa Zubaç və Yusif Nurkiç mənə qarşı çox yaxşı oynayırlar. Onlar daha iri cüssəlidirlər, mövqe uğrunda mübarizədə onları yerindən tərpətmək çətindir. Rudi Qober də əla müdafiəçidir, amma adətən ona qarşı pis oynamıram. Ceylen Dyurenin fiziki göstəriciləri bir qədər zəifdir, lakin onun öz fəndləri var. Uendell Karter də bir az alçaqboyludur. Maylz Törner tez-tez şütləri bloklayır. Viktor Vembanyama isə ümumiyyətlə başqa səviyyədir. Hamı yaxşıdır. Liqada meydançanın hər iki tərəfində çoxlu istedad var".