"Los Anceles Klippers"in prezidenti Lourens Frenk komandanın yeni üzvü Maks Strus barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Lourens Frenk onun yüksək səviyyəli xal atma bacarığına, oyun oxuma qabiliyyətinə və ötürmə verməkdəki ustalığına diqqət çəkib.
O vurğulayıb ki, Strus hər iki istiqamətdə mübarizə aparır və çoxşaxəli oyun üslubu ona müxtəlif rollarda çıxış etməyə imkan verir: "Mak istənilən sxemə uyğunlaşa bilər və biz onu Los Ancelesdə görməkdən məmnunuq".
Qeyd edək ki, 30 yaşlı forvard ötən mövsümün böyük hissəsini ayağındakı əməliyyata görə buraxıb. O, pley-off mərhələsinə qədər tam sağalıb və "Klivlend"in Şərq finalına yüksəlməsində pay sahibi olub.
Strus pley-offda orta hesabla 9,6 xal (oyundan 40,6%, üçlükdən 35,8%), 4,8 ribaund və 2,1 assistlə yadda qalıb, meydançada isə 26,7 dəqiqə keçirib.


