Xorvatiya təşkil olunan basketbol üzrə U-18 Avropa çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, B divizionunda mübarizə aparan Azərbaycan U-18 millimiz bu gün 13-16-cı yerlər uğrunda matçda Böyük Britaniya ilə qarşılaşıb.

Görüş rəqibin 67:55 hesablı qələbəsi ilə yekunlaşıb.

Gənc millimiz sabah 15-16-cı yerlər uğrunda qarşılaşmaya çıxacaq.

Qeyd edək ki, qrup mərhələsini 2 qələbə, 3 məğlubiyyətlə başa vuran U-18 dünən Monteneqroya məğlub olub.