Basketbol üzrə Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 Avropa çempionatının B divizionunda mübarizə davam edir.

Offsideplus.az xəbər verir ki, A qrupunu 4-cü yerdə bitirən Azərbaycan U-20 yığması bu gün 9-16-cı yerlər uğrunda matçda İsveçrə seçməsi ilə üz-üzə gəlib.

Görüş yığmamızın üstünlüyü ilə başa çatıb - 72:66.

Milli komandamızın heyətində ən çox xal atan oyunçu Derin Berköz olub. O, qarşılaşmanı 25 xalla başa vurub.

Azərbaycan millisi sabah 9-12-ci yerlər uğrunda qarşılaşmada Bosniya və Herseqovina – Danimarka cütünün qalibi ilə üz-üzə gələcək.

U-20 Avropa çempionatı, B divizionu

20:30 Azərbaycan U-20 - İsveçrə U-20 72:66 (16:12, 22:15, 16:25, 13:19)