Basketbol üzrə Avroliqada mövsümün çempionu məlum olub.
Offsideplus.az xəbər verir ki, həlledici qarşılaşmada "Olimpiakos" və "Real Madrid" üz-üzə gəlib.
Bu mövsüm "dördlər finalı" Yunanıstanın paytaxtı Afinada baş tutub.
"Olimpiakos" öz ölkəsində keçirilən finalda çempionluğunu qazanmağı bacarıb. Onlar "kral klubu"nu 92:85 hesabı ilə məğlub edib.
Bu, "Yunanıstan" təmsilçisinin 3-cü çempionluğu olub.
Görüşün ən məhsuldar oyunçusu 24 xalla oynayan "Real Madrid"in basketbolçusu Trey Laylz olub.


