Azərbaycan Basketbol Liqasında (ABL) XX turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, bu gün A qrupunda mübarizə aparan iki komanda - "Şəki" və "Gəncə" üz-üzə gəlib.
Şəki Olimpiya İdman Kompleksində keçirilən görüşdə "Gəncə" qələbə qazanıb - 84:73.
"Gəncə" 29 xalla 3-cü yerdədir. "Şəki" isə 22 xalla sonuncu - 6-cı yerin sahibidir.
Qeyd edək ki, bu tur ABL-də müntəzəm mövsümün sonuncu turudur. Turun digər oyunları martıın 30-u və 31-də keçiriləcək.


