Azərbaycan Basketbol Liqasında (ABL) XVI tura bu gün yekun vurulub.
Offsideplus.az xəbər verir ki, günün ilk matçı Şəkidə baş tutub.
"Abşeron Lions" səfərdə "Şəki"ni məğlubiyyətə uğradıb - 92:85.
Görüşün ən məhsuldar oyunçusu 29 xalla oynayan Deondre Cekson olub.
Turun qapanış matçı isə "Neftçi" və "Sabah" arasında olub.
Bakı İdman Sarayında keçirilən qarşılaşma "bayquşlar"ın qələbəsi ilə başa çatıb - 98:79.
XVI turun digər qarşılaşmalarında bu nəticələr qeydə alınıb:
"Sumqayıt" - "Lənkəran" 102:77
"Quba" - "Sərhədçi" 97:89
"Naxçıvan" - "Ordu" 92:95
"Gəncə" - NTD 104:85


