Azərbaycan Basketbol Liqasında (ABL) XIII tura bu gün yekun vurulub.
Offsideplus.az xəbər verir ki, son oyun günündə iki oyun baş tutub. Hər iki qarşılaşma Bakı İdman Sarayında keçirilib. Əvvəlcə "Sabah" "Şəki"ni qəbul edib.
"Bayquşlar" görüşdə asanlıqla qələbə qazanıb - 112:65 (27-19, 35-18, 28-16, 22-12). Görüşün ən məhsuldar oyunçusu 20 xalla oynayan "Sabah"ın üzvü Cerri Bleyks olub.
Daha sonra isə lider A qrupunun lideri "Abşeron Lions" NTD-ni sınağa çəkib. Görüş "Abşeron Lions"un 100:93 hesablı qələbəsi ilə yekunlaşıb (25:20, 20:27, 28:36, 20:17).
Bu komandalar hamısı A qrupunda mübarizə aparır. "Sabah" "Abşeron Lions"un 2 xal gerisində 23 xalla 2-ci yerdədir. "Şəki" 15 xalla 5-ci, 13 xala malik NTD isə sonuncu - 6-cı yeri tutur.


