"Renn" və "Fənərbağça" klubları Sebastyan Şimanski transferi üçün razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, Fransa klubu polşalı futbolçu üçün "sarı-lacıvərdlilər"ə 10.5 milyon avro ödəyəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Şimanski "Renn"lə 2029-cu ilin yayına qədər müqavilə imzalayacaq.

O, 2023-cü ildən "Fənərbağça"da çıxış edirdi. 26 yaşlı futbolçu cari mövsüm 26 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.