FİFA müqavilə məlumatlarının jurnalistlərə sızdırılması ilə bağlı sərt tədbirlər görməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, əgər idman direktorlarının, agentlərin və ya klub prezidentlərinin müqavilə şərtlərini jurnalistlərə – o cümlədən Fabrizio Romano kimi mənbələrə – sızdırdığı müəyyən olunarsa, onları ağır sanksiyalar gözləyə bilər.
Bildirilir ki, FİFA bu cür məlumat sızdırılmasını qəti şəkildə qadağan edir və qaydanı pozan agentlərə və klublara ciddi cəzalar tətbiq etməyə hazırdır.
Eyni zamanda mövsümün sonunda bütün klubları və onların strukturlarını əhatə edəcək geniş araşdırmanın başlanacağı qeyd olunur.


