Göygöldə təlim-məşq toplanışında olan yunan-Roma və sərbəst güləş üzrə milli komandalarımız üçün maarifləndirici təlim təşkil olunub.
Offsideplus.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının (AGF) təşəbbüsü ilə baş tutan seminarda l-S dərəcəli hakim Asif Şirəliyev idmançılara Dünya Güləş Birliyinin (UWW) tətbiq etdiyi son qaydaları ətraflı izah edib.
Seminar zamanı xalça üzərində davranış qaydaları, hakimlərlə düzgün ünsiyyət və etik normaların qorunması xüsusi müzakirə olunub. Hakim idmançılara bu istiqamətdə öz vacib tövsiyələrini verib.
Qeyd edək ki, AGF oxşar maarifləndirmə tədbirlərini digər yaş qrupları üzrə yığmalar üçün də davam etdirəcək.


