İngiltərə millisi və "Everton"un oyunçusu Cek Qriliş uzun müddətə sıradan çıxıb. 

Offsideplus.az xəbər verir ki, 30 yaşlı vinger 3 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Ayağından aldığı zədəyə görə, Cek Qriliş 12 həftə komandasına yardım edə bilməyəcək. 

Qeyd edək ki, ingilis hücumçu "Mançester Siti"dən icarə əsasında "Everton"da çıxış edir.