"İnter" yayda heyətini argentinalı qapıçı Emilyano Martineslə gücləndirmək istəyir.

Offsideplus.az xəbər verir ki, İtaliya klubu artıq onunla təmasa keçib və tərəflər arasında ilkin danışıqlar olub.

Bu barədə "Sky Sports" məlumat yayıb.

E. Martines ötən yay da "Aston Villa"dan ayrılmaq istəyirdi. Lakin bu ayrılıq tutmamışdı.

Qeyd edək ki, argentinalı qolkiperin Birmingem təmsilçisi ilə 2029-cu ilə qədər müqaviləsi var.