Bu gün Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanacaq son komandaların adı məlum olacaq.
Offsideplus.az xəbər verir ki, 1/8 final mərhələsinin son oyunları çərçivəsində bu gün 3 matç keçiriləcək. "Qəbələ" "Şəfa" ilə qarşılaşacaq.Günün digər qarşılaşmaları isə “Araz-Naxçıvan” – “Kəpəz” və "Difai" - "Sumqayıt" komandaları arasında baş tutacaq.
Azərbaycan Kuboku, 1/8 final
4 dekabr (cümə axşamı)
15:00 “Qəbələ” – “Şəfa”
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov
Qəbələ şəhər stadionu
19:00 “Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
“Liv Bona Dea Arena”
19:00 “Difai” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
M. H. adına Sumqayıt şəhər stadionu



