Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, üçüncü oyun gününə nəzərdə tutulan qarşılaşmalar oynanılıb.

“Kəpəz” doğma meydanda “Turan Tovuz”u qəbul edib. Görüş Tovuz təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında ilk oyunda da “Turan Tovuz” 1:0 hesabı ilə qalib gəlmişdi. Beləliklə, iki oyunun nəticəsinə görə üstün olan “Turan Tovuz” yarımfinala yüksəlib. Komanda bu mərhələdə “Zirə” ilə qarşılaşacaq. 

Digər matçda “Qəbələ” “Sabah”ı qəbul edib. İlk görüşdə tərəflər 0:0 hesablı heç-heçə etmişdilər. Cavab oyununda isə əsas vaxt 2:2 hesabı ilə başa çatıb və qarşılaşma əlavə vaxta gedib.

Azərbaycan Kuboku - 1/4 final, cavab oyunu

“Qəbələ” – “Sabah” 2:3

Qollar:

Timoteuş Puxaç, 31 (0:1)

Timoteuş Puxaç, 62 (0:2)

İsmael Akinade, 88 (1:2)

İsmael Akinade, 90 (2:2)

Coy Lens Mikels, 104 (2:3)

Nuqbay Rəşidov, 115 (3:3)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirməmməd Məmmədov, Əli Əliyev

VAR: Kamal Umudlu

AVAR: Elvin Bayramov

Oyun Qəbələ şəhər stadionunda keçirilib.

İlk oyun: 0:0.