Ruan Renato "Zirə" forması ilə 100 oyuna çatıb.
Offsideplus.az xəbər verir ki, onun yubiley ötən gün keçirilən "Neftçi" ilə Azərbaycan Kuboku matçında baş tutub.
O, 120 dəqiqə davam edən matçda sona qədər meydanda qalıb.
Renato "Zirə"də keçirdiyi 100 matçda 9 qola imza atıb.
Braziliyalı müdafiəçi "qartallar"ın tarixində 100 və daha çox oyun keçirən 9-cu futbolçudur.



