Azərbaycan Kubokunda 1/8 final mərhələsi bu gün 2 oyunla start götürüb.
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Şahdağ Qusar" və "Turan Tovuz" üz-üzə gəlib. Tovuz təmsilçisi aşağı liqa komandasını məğlub edərək növbəti mərhələyə yüksəlib.
Bu mərhələnin ən maraqlı oyunu isə Zirədə baş tutub. Yerli komanda "Neftçi"ni qəbul edib və əlavə vaxtda Martins Juniorun vurduğu qol ilə "qartallar" adını 1/4 finala yazdırıb.
Azərbaycan Kuboku, 1/8 final
2 dekabr (çərşənbə axşamı)
15:00 “Şahdağ Qusar” – “Turan Tovuz” 1:2
Qollar: Fərid Camalov, 76 (penalti) - Ayxan Hüseynov, 4 (penalti), Aleks Souza, 64
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elman Musayev
“SOCAR Polymer Arena”
19:00 “Zirə” – “Neftçi” 1:0
Qol: Martins Junior, 116.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu



