MotoGP-də çempion Yaponiyada məlum olub.

Offsideplus.az xəbər verir ki,Moteqi pistindəki yarışı 2-ci bitirən Mark Markes 7-ci MotoGP çempionluğunu qazanıb. O, ümumilikdə isə 9-cu dəfə dünya çempionluğunu əldə edib.

Yaponiyadakı yarışı isə Markesin komanda yoldaşı Pekko Banyaya 1-ci bitirib. Podiumu "Honda"nın baykeri Xoan Mir tamamlayıb.

M. Markes çempionluq sayında əfsanəvi Valentino Rossiyə də çatıb.

O, amansız zədələrdən qayıdaraq 5 illik fasilədən sonra növbəti titulunu qazanmağı bacarıb.