"Dukati"nin baykeri Mark Markes ardıcıl 7-ci qələbəsini qazanıb.
Offsideplus.az xəbər verir ki, ispaniyalı sürücü bu dəfə Macarıstanda rəqiblərinə şans verməyib.
2-ci yeri onun həmyerlisi Pedro Akosta tutub. 3-cü yer isə Marko Betsekki tutub.
M. Markes 455 xalla çempionata başçılıq edir. O, ən yaxın rəqibindən 175 xal öndədir.
Növbəti yarış Barselonada baş tutacaq.



