Moto GP-də mövsümün 12-ci yarışı baş tutub.

Offsideplus.az xəbər verir ki, baykerlər bu dəfə Çexiyada sürətlərini sınayıb. Qalib yenə dəyişməyib.

Mark Markes ardıcıl 5-ci qələbəsini qazanıb. İspaniyalı ardıcıl 5 yarış qazanan ilk "Dukati" sürücüsü olub.

O, cari mövsüm ümumilikdə 8-ci qələbəsini əldə edib.

2-ci yeri "Apriliya"dan Marko Betsekki tutub. 3-cü yer isə "Red Bull"un baykeri Pedro Akostanın olub.

Çempionata 381 xalla M. Markes başçılıq edir. Onun ən yaxın rəqibi - balaca qardaşı Aleks Markesin aktivində isə 261 xal var. Pekko Banyaya 213 xalla 3-cü yerdədir.