Bu gün Bakı tarixində üçüncü dəfə həyəcan dolu avtomobil tədbiri – "US Legend Cars" yarışlarına ev sahibliyi edib.
Offsideplus.az xəbər verir ki, “Gecənin əfsanələri” (Legends of The Night) adlı tədbir Azərbaycan Azərbaycan Avtomobil Federasiyası (AAF) və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti birgə təşkilatı ilə Dövlət Bayrağı Meydanınında keçirilib.
25 dövrəlik yarışda 12 pilot mübarizə aparıb. "77" nömrəli maşını idarə edən Adil Axundov qalib olub. Fərid Quliyev yarışı ikinci, Elvin Xudaverdiyev isə üçüncü yerdə başa vurub.
Günün gözlənilən yarışından öncə 12–15 yaşlı gənc pilotların iştirak etdiyi kartinq üzrə final yarışı baş tutub. İlk "3-lük" aşağıdakı kimi olub:
1. Teymur Rahimov
2. Rafiq Kazimli
3. Omar Şahmuradlı
Bundan əlavə, tamaşaçılar drift-şou və stant-şou izləyiblər. Gecənin əsas ulduzları Terri Qrant (britaniyalı avtokaskadyor), Li Bauers (Böyük Britaniyanın "free-style" motosiklet çempionu) və Neyl Qan (irlandiyalı peşəkar drift pilotu) olub.
Görüntüləri təqdim edirik:
View this post on Instagram
View this post on Instagram



