MotoGP-də mövsümün 11-ci yarışı geridə qalıb.
Offsideplus.az xəbər verir ki, bu dəfəki yarış Almaniyada baş tutub. Son 3 yarışın qalibi Mark Markes bu dəfə də rəqiblərinə aman verməyib.
Bu, onun 200-cü MotoGp yarışında 69-cu qələbəsi olub. Qeyd edək ki, ispaniyalı baykerin eyni zamanda 6 çempionluğu da var.
Onun balaca qardaşı Aleks 2-ci, komanda yoldaşı Pekko Banyaya isə 3-cü olub.
Çempionata 344 xalla M. Markes başçılıq edir. O, ən yaxın rəqibi A. Markesin 83 xal önündədir.



