2 dəfə Dünya Ralli çempionu olan Karlos Sayns FIA-nın prezidenti olmaq istəyir.

Offsideplus.az xəbər verir ki, "Red Bull"un pilotu Maks Ferstappen bu qərarı dəstəkləyib:

"O, F1-də və rallidə çox hörmətlidir. İnsanlar deyirlər ki, "Amma oğlu hələ də yarışır, bu, problem ola bilər", lakin o, bunu ayırd edə biləcək qədər peşəkardır. O, prezidentliyə namizədliyini irəli sürsə idi, çox yaxşı olardı".

Xatırladaq ki, K. Sayns "Vilyams"ın pilotu Karlos Saynsın atasıdır.