Avropada "transfer pəncərəsi"nin son günündə "İnter" klubu da heyətini gücləndirib.
Offsideplus.az xəbər verir ki, "neradzuri" "Mançester Siti"dən Manuel Akancini transfer edib. O, icarə əsasında İtaliya nəhənginə keçəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"İnter" icarə məbləği olaraq "şəhərlilər"ə 2 milyon avro ödəyəcək. Razılaşmada 15 milyon avroluq satınalma bəndi də var.
Akanci 2022-ci ildən "Mançester Siti"də çıxış edirdi. O, 1 il sonra Çempionlar Liqasının qalibi olub.



