"Napoli" klubu "Jirona"nın futbolçusu Migel Qutyerresi transfer edir.
Offsideplus.az xəbər verir ki, klublar arasında razılıq əldə edib. Neapol təmsilçisi cinah müdafiəçisi üçün 18 milyon avro ödəyəcək.
Bu məbləğin yarısı "Real Madrid"ə gedəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
24 yaşlı M. Qutyerres 2022-ci ilin yayında "Real Madrid"dən "Jirona"ya transfer olub. "Kral klubu" sözləşmədəki bəndə istinadən oyunçunun 50 faiz haqqını əlində saxlayırdı.



