Yeni mövsümə hazırlıqlarını davam etdirən "Napoli" növbəti transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, Neapol klubu heyətini Lorentso Lukka ilə gücləndirib. Son çempion 24 yaşlı hücumçunu məcburi satınalma şərti ilə birlikdə icarəyə götürüb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Napoli" Lukka üçün ümumilikdə "Udineze"yə 35 milyon avro ödəyəcək. Bonuslarla birlikdə bu məbləğ 40-a çata bilər.

O, Neapol təmsilçisinin bu yayki 4-cü transferi olub. Onlar daha öncə Kevin De Bruyne, Luka Maryanuççi və Noa Lanqı heyətinə qatıb.