Luka Modriç "Milan"la müqavilə imzalamaq üçün Milan şəhərinə gəlib.
Offsideplus.az xəbər verir ki, xorvatiyalı futbolçu tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. Sözləşmənin müddəti 1 il olacaq.
Modriç 13 illik "Real Madrid" karyerasından sonra bu yay klubdan ayrılıb. 39 yaşlı yarımmüdafiəçi azad agent kimi "rossoneri"yə qoşulacaq.
O. Samuele Riççidən sonra bu yay "Milan"ın 2-ci transferi olacaq.



