"İnter" klubu bu yay mərkəz hücumçusu transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, "neradzuri" bu bölgə üçün 40 milyon avroluq büdcə ayırıb.
Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Hazırda "İnter"in 5 hücumçusu var: Lautaro Martines, Markus Türam, Xoakin Korrea, Marko Arnautoviç və Mehdi Taremi.
Bu futbolçulardan ən az ikisinin mövsümün sonunda komandadan ayrılacağı gözlənilir.



