PSJ klubu "Qalatasaray"ın hücumçusu Viktor Osimhen üçün təklif irəli sürməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi "Barselona" klubunu qabaqlamaq istəyir. Klub nigeriyalı futbolçu üçün 150 milyon avroluq təklif hazırlayıb.

Bu barədə "Fichajes" məlumat yayıb. 

Qeyd edək ki, 26 yaşlı oyunçu "Qalatasaray"ın heyətində 52 oyuna çıxıb, 46 qol vurub.