"Beşiktaş" klubunda baş məşqçi Sergen Yalçın ilə yollar ayrılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Təcrübəli mütəxəssis ötən ilin avqustunda İstanbul nəhənginə qayıtmışdı.

Bu, onun "Beşiktaş"da ikinci dönəmi idi. 

"Ağ-qaralar" Türkiyə Super Liqasında mövsümü 4-cü yerdə başa vurub. Türkiyə Kubokunda isə yarımfinalda mübarizəni dayandırıb.