"Fənərbağça" klubunda növbəti ayın əvvəlində prezident seçkiləri baş tutacaq.

Offsideplus.az xəbər verir ki, yenidən prezidentliyə namizəd olan Aziz Yıldırım baş məşqçisi seçimini edib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

O, gələn sərt reaksiyalardan sonra Aykut Kocamanı yenidən baş məşqçi postuna gətirmək fikrindən daşınıb.

Təcrübəli funksioner seçilsə, Jorje Jesusu yenidən kluba qaytarmaq istəyir.

Portuqaliyalı daha əvvəl 2022/23 mövsümündə "Fənərbağça"nı çalışdırıb. O, "sarı-lacıvərdlilər"ə Türkiyə Kubokunun qazandırıb.

Qeyd edək ki, J. Jesusun "Əl-Nəsr"lə müqaviləsi cari mövsümün sonunda başa çatır.