Qadın futbolçular arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycanı təmsil edəcək “Neftçi”nin rəqibi də bəlli olub.
Azərbaycan çempionu bu mərhələnin 1-ci qrupunun yarımfinalında Monteneqronun “Buduçnost” klubu ilə qarşılaşacaq. Cütün qalibi finalda PAOK (Yunanıstan) – “Hapoel” (Yerusalim, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Qalib komanda II təsnifat mərhələsinə yüksələcək.
Qeyd edək ki, I mərhələnin yarımfinal oyunları iyulun 22-də, final görüşləri isə iyulun 25-də keçiriləcək.


