"Şamaxı" Azərbaycan çempionatlarında 700-cü oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, bu, Misli Premyer Liqasının VII turundakı "Qəbələ" ilə matça təsadüf edib. Onlar bu oyunda 1:0 hesabı ilə qələbə qazanıblar.
Bölgə klubu daha əvvəl "Xəzər Universiteti", "İnter" və "Keşlə" adlanıb.
"Şamaxı" 700 görüşdə 295 qələbə qazanıb, 197 heç-heçə edib və 218 dəfə uduzub. 869 qol vuran komanda 714 top buraxıb.
Qeyd edək ki, ilk oyunu 1999/2000 mövsümünə təsadüf edən "Xəzər Universiteti" 1999-cu il oktyabrın 29-da evdə "Şəfa"ya uduzub – 0:1.



