"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yanvarda komandaya qoşulan Abdukodir Xusanov barədə danışıb.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis gənc futbolçunu tərifləyib:

"Xusanov çox sürətli öyrənir. Sürətlidir, çevikdir və onu ikili mübarizədə yıxmaq mümkünsüzdür. Onu Kyle Uokerın ən yaxşı vaxtlarına bənzədirəm.

Növbəti illərdə onun ən yaxşı transferlərimizdən biri olduğunu görəcəksiniz.