"Arsenal" klubu yayda hücum xəttini gücləndirmək istəyir.
Offsideplus.az xəbər verir ki, "topçular"ın hədəfində Viktor Dyökereş və Benyamin Şeşko var. Onlar bu iki hücumçudan birini heyətinə qatmağı planlaşdırır.
Bu barədə "The Independent" portalı məlumat verib.
"Arsenal"da hazırda hücumun sivri ucunda Kay Haverts və Gabriel Jesus çıxış edir. Onlar cari mövsüm toplamda 22 qol vurublar.
Əlavə edək ki, Haverts zədəsini sağaldıb və komanda ilə məşqlərə başlayıb. Jesusun sağalma prosesi isə davam edir.



