İngiltərə Premyer Liqasının 14-cü turunda "Vulverhempton"u 4:0 hesabı ilə darmadağın edən "Everton"un futbolçusu Eşli Yanq yeni uğura nail olub.
Offsideplus.az xəbər verir ki, 10-cu dəqiqədə hesabı açan Yanq İngiltərə Premyer Liqası (İPL) tarixində cərimə zərbəsindən fərqlənən ən yaşlı oyunçu olaraq rekorda imza atıb.
O, 39 yaş 148 günlüyündə fərqlənməyi bacarıb. Yamaykalı həm də İPL-də rəqib qapısına yol tapan 4-cü ən yaşlı futbolçu ünvanına sahib çıxıb.



