"Liverpul"un baş məşqçisi Arne Slot ümid edir ki, klub rəhbərliyi öz bombardiri Məhəmməd Salahı komandada qalmağa və yeni müqavilə imzalamağa razı sala bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə "Goal" məlumat yayıb. Təcrübəli çalışdırıcı bunları söyləyib:

“Hər dəfə Salah şansından istifadə edir və qol vurur. Ümid edirik və gözləyirik ki, o, hələ uzun müddət komandada eyni ruhda oynamağa davam edə bilər. O, bizim üçün çox xüsusi işlər gördü".

Qeyd edək ki, cari mövsüm misirli ulduz bütün turnirlər daxil "qırmızılar"ın heyətində 21 oyun keçirib. O, 15 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.