Məşhur britaniyalı jurnalist Pirs Morqan İngiltərə Premyer Liqasının VI turunda "Mançester Siti"nin səfərdə "Liverpul" üzərində qazandığı 3:0 hesablı darmadağına kəskin reaksiya verib.
Offsideplus.az xəbər verir ki, tanınmış media nümayəndəsi "X" (tvitter) hesabında paylaşım edərək "şəhərlilər"in maliyyə qaydalarını pozmasına toxunub və qələbə sevinclərini tənqid edib:
"Baş verənlər heç bir məntiqə sığmır, hər şey yalandan qurulmuş bir teatr/sirk şousuna bənzəyir, ciddi görünməyə çalışsalar da, əslində gülünc və rüsvayçı bir vəziyyətdir".


