Elliot Anderson hazırda "Mançester Yunayted"lə müqayisədə "Mançester Siti"yə daha yaxındır.

Offsideplus.az xəbər verir ki, BBC-nin yaydığı məlumata görə, "şəhərlilər" "Nottingem Forest"in yarımmüdafiəçisi uğrunda mübarizədə liderlik edirlər. Futbolçu özü də məhz İngiltərənin vitse-çempionunun heyətinə keçməyə üstünlük verir. "Mançester Yunayted" isə əlavə xərcə düşmək və uzunsürən danışıqlara girmək istəmir.

Bununla belə, hazırda "Mançester Siti" və "Nottingem Forest" 23 yaşlı yarımmüdafiəçinin qiymətləndirilməsində ciddi fikir ayrılığı yaşayırlar. Transfer məbləğinin britaniyalı futbolçular üçün rekord həddə çata biləcəyi vurğulanır – bu, "Arsenal"ın Deklan Rays üçün "Vest Hem"ə ödədiyi 105 milyon funt-sterlinqdən çox ola bilər. Andersonun DÇ-2026-dakı çıxışı klubların danışıqlar mövqeyinə təsir göstərə bilər.

Qeyd edək ki, o, bu mövsüm Premyer Liqada 38 oyuna çıxıb və 4 qol vurub.