Ötən gün “Zirə” ilə oyunda “Sabah”ın əsas heyət üzvləri Stiv Solvet və Umarali Raxmonaliyev zədələnmişdi.
Offsideplus.az xəbər verir ki, futbolçuların zədəsi ciddi deyil. Bu barədə klubun mətbuat katibi Elnur Həmidov saytımıza açıqlama verib.
Lakin onların Mançesterdə oynayıb-oynamayacağı hələ ki, dəqiq deyil, onlar həkim nəzarətində məşq edirlər.
Qeyd edək ki, “bayquşlar” sentyabrın 10-da ÇL-nın liqa mərhələsinin ilk turunda "Mançester Yunayted"in qonağı olacaq.


