Misli Premyer Liqasında XV turun qarşılaşmaları keçirilir.
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Kəpəz" Yevlaxda "Qəbələ"ni qəbul edib. Görüş Azər Bağırovun komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu görüş aşağı pillələr üçün böyük önəm kəsb edir.
"Kəpəz" 9 xalla 10-cu, "Qəbələ" isə 8 xalla 8-ci yerin sahibidir.
Misli Premyer Liqası, XV tur
14 dekabr (bazar)
14:00. “Kəpəz” – “Qəbələ” 1:0
Qol: Ryonosuke Ohori, 55.
"Kəpəz": 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 10. Ryonosuke Ohori 38. Cefferson Bentu
Baş məşqçi: Azər Bağırov
“Qəbələ”: 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo
Baş məşqçi: Kaxaber Tsxadadze
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Emin Əliyev
Yevlax şəhər stadionu



