Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev "Sabah"ın futbolçusu Kahim Parrisə Misli Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində mükafat təqdim edib.
Offsideplus.az xəbər verir ki, "Sabah" klubunun futbolçusuna mükafat Misli Premyer Liqasının XII turunun "Sabah" – "Şamaxı" görüşündən əvvəl verilib.
Kahim Parris "Ayın qolu" layihəsi çərçivəsində oktyabr ayının ən yaxşı qolunun müəllifi olub.
Videonu təqdim edirik:



