"Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin yeni mövsüm üçün ilk transferi müdafiəçi olub. Portuqaliyanın “Torrense” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və müdafiəçi Dani Bolt heyətə cəlb edilib.
25 yaşlı braziliyalı futbolçu ilə müqavilənin müddəti 3+1 illik nəzərdə tutulub. Sağ cinah müdafiəçisi “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.
Daninin son klubu Portuqaliya təmsilçisi “Torrense” olub. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.