Azərbaycan Basketbol Liqasında II turun oyunları bu gün start götürüb.
Offsideplus.az xəbər verir ki, turun ilk qarşılaşması "Neftçi" və "Şəki" komandaları arasında baş tutub. Görüş Bakı İdman Sarayında saat 19:00-da başlayıb.
Oyundan "ağ-qaralar" qələbə ilə ayrılıb.
ABL, II tur
19:00 "Neftçi" - "Şəki" 92:68 (23:22, 22:16, 25:15, 22:16)
Bakı İdman Sarayı



