Azərbaycan milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə Fransa ilə oyun öncəsi mətbuat konfransında danışıb.
Offsideplus.az xəbər verir ki, Futbolçu bildirib ki, rəqib haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur: “Önəmli olan bizim Fransa yığmasına qarşı necə reaksiya verməyimizdir. Bu gün son məşqimizi keçəcəyik və sabah meydanın hər qarışı uğrunda mübarizə aparacağıq”.
Bəhlul Mustafazadə həmçinin əlavə edib ki, komanda yoldaşları ilə oyun barədə müzakirələr aparılır və kollektiv şəkildə matça hazırlaşırlar: “Sabah yaxşı mübarizə aparmağa çalışacağıq”.



