"Leypsiq"in yarımmüdafiəçisi Yan Diomandenin "Real Madrid"ə mümkün transferi ilə bağlı danışıqlarda fasilə yaranıb.

Offsideplus.az xəbər verir ki, Almaniya klubu ispanlardan 120 milyon avro və əlavə bonuslar tələb edir. Bu səbəbdən, Fil Dişi Sahili millisinin 19 yaşlı futbolçusunun transferi üzrə danışıqlar, ən azı bir günlüyə dalana dirənib.

Diomande özü "Real Madrid"ə keçmək istəyir və "Leypsiq"in Avstriyadakı təlim-məşq toplanışına qatılmamağa üstünlük verərdi. Onun bu səfərdə iştirak edib-etməyəcəyi bu gün səhər bəlli olacaq.

Əgər Diomande Avstriyaya yollansa, o, məşqlərdə iştirak etməməyi və "Ferle" ilə yoxlama oyununda meydana çıxmamağı planlaşdırır. Bu addım mümkün transferin təhlükə altına düşməməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, "Real Madrid" Diomandenin transferi üçün "Leypsiq"ə bonuslarla birlikdə 135 milyon avro ödəməyə hazırdır.