Bakıda təşkil olunan U-17 dünya çempionatında mübarizə davam edir. Yarışın 6-cı günündə Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq.

Offsideplus.az xəbər verir ki, turnirin 6-cı günündə Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq.

Təsəlliverici görüş:

  • 48 kq: Hüseyn Rzazadə – Əmirəli Faz (İran)

Təsnifat mərhələsi:

  • 71 kq: Tunar Quliyev – Adilet Rısbay (Qazaxıstan)

  • 92 kq: Elgün Kərimli – Sakşam Fnu (Hindistan)

1/8 final:

  • 45 kq: Tunar Həsənov – R.Velikov (Bolqarıstan) / Ariun Erdənətuqs (Monqolustan) cütünün qalibi

  • 51 kq: İbrahim Həsənov – Qaurav Bahi (Kanada) / Qiorqi Nərimanidze (Gürcüstan) cütünün qalibi

  • 60 kq: Elcan Həsənov – Balaj Hideq (Macarıstan) / Vitold Pavlik (Polşa) cütünün qalibi

Daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-ə yaxın idmançı mübarizə aparır. Ölkəmizi bu möhtəşəm turnirdə 29 pəhləvan təmsil edir.