Bu gün Yaponiyanın paytaxtı Tokioda 3x3 basketbol üzrə Qadın Dünya Seriyasının cari mövsümünün 17-ci mərhələsinə start verilir.

Offsideplus.az xəbər verir ki, "Neftçi SOCAR" klubu A qrupunda Niderland U-25 və ABŞ yığmaları ilə mübarizə aparacaq.

Oyunların cədvəli:

  • 12:15 "Neftçi SOCAR" – ABŞ

  • 14:15 "Neftçi SOCAR" – Niderland (U-25)

Qeyd edək ki, qruplarında ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.